4 Nisan 2011 Pazartesi

12 yaşlı uşaq Eynşteynin məşhur nəzəriyyəsini çökdürür?

Yazı
12 yaşlı Jakob Barnet Eynşteyni və onun nisbilik nəzəriyyəsini iflasa uğradacağını bildirib.

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, bu açıqlamadan sonra İndiana ştatından olan uşaq medianın diqqət mərkəzindədir. Psixi problemləri olan uşaq cəbr və həndəsəni cəmi 1 həftəyə öyrəndiyini deyir. O anasına söz verib ki, Eynşteynin məşhur düsturunu (E=MC2) yaxın vaxtlarda çökdürəcək. Məsələ ilə maraqlanan fiziklər isə uşağın yaxın vaxta ortaya qoyacağı nəzəriyyə ilə elmin bir çox probleminin çözüləcəyini iddia edirlər.

12 yaşlı uşaq məktəbə deyil, İndiana universitetinin xüsusi hazırlıq kursuna gedir. Professorların dediyinə görə, o, özündən yaşca böyük tələbələrə də kömək edir.

P.S. Bir dəfə elmi jurnalların birində “Yüz professor hazırdır ki, Eynşteynin haqlı olmadığını sübut etsin” adlı tənqidi məqalə çap olunur. Xəbər Eynşteynə çatanda isə onun reaksiyası belə olur:

- Bir nəfər sübut etsin kifayətdir. 


P.P.S. “Dəliliklə dahilik qardaşdır” - deyirlər. 

Hiç yorum yok:

Yorum Gönder

Blogroll

search