4 Nisan 2011 Pazartesi

“Metsamor” AES-i dünyada 10 ən təhlükəli obyekt sırasında düşüb

Yazı
Ermənistanda zəlzələ olarsa, AES-dən radiasiya sıza bilər

Mərkəzi Londonda yerləşən analitik şirkət dünyada mövcud olan 442 atom elektrik stansiyası (AES) ilə bağlı araşdırma aparıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, dünyadakı 442 atom stansiyasından 10-da zəlzələ olacağı halda radiasiya yayma riskinin olduğu ortaya çıxıb.

Risk altındakı 10 stansiya arasında Türkiyəyə 16 kilometr məsafədə - Ermənistan ərazisində yerləşən “Metsamor” AES-i də var. Rəsmilər stansiyanın bir reaktorunun fəaliyyətinin dayandırılacağını bildiriblər. “Metsamor” AES-nin 1988-ci ildəki zəlzələdən sonra seysmik təhlükə səbəbilə bağlandığı, ancaq bir müddət sonra yenidən fəaliyyətə başladığı xatırladılıb.

Təhlükə altındakı digər stansiyaların İran, Yaponiya, Çin, ABŞ, Tayvan və Sloveniyada olduğu bildirilib. Dünyadakı 76 AES-in isə sunami təhlükəsinə açıq ərazilərdə fəaliyyət göstərdiyi vurğulanıb

Hiç yorum yok:

Yorum Gönder

Blogroll

search